Bakıda 30 dərəcə isti olacaq, bəzi rayonlarda yağış yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 30 dərəcə isti olacaq, bəzi rayonlarda yağış yağacaq

15:19 - 12 / 09 / 2020
Bakıda 30 dərəcə isti olacaq, bəzi rayonlarda yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sentyabr ayının 13-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 28-31, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil ecəcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq. Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Sentyabrın 13-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

1news.az

Paylaş:
612

Son xəbərlər

Bütün xəbərlər