Koronavirusun tənəffüs aparatı olmadan müalicəsinin yolu tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirusun tənəffüs aparatı olmadan müalicəsinin yolu tapılıb

18:56 - 12 / 09 / 2020
Koronavirusun tənəffüs aparatı olmadan müalicəsinin yolu tapılıb

Rusiyalı alimlər koronavirusun müalicəsi zamanı Ağciyərlərin Süni Ventilyasiyası (ASV) aparatına qoşmadan xəstələri müalicə etməyin yolunu tapıblar.

1news.az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyası Ural Filialının İmmunologiya və Fiziologiya İnstitutunun elmi direktoru Valeri Çereşnev bildirib.

Onun sözlərinə görə, helium-oksigen qarışığı ilə inhalyasiyalar koronoavirusu ağır keçirən 50 pasiyentdə yoxlanılıb. Prosedurdan sonra onlardan yalnız birini ASV aparatına qoşmaq lazım olub.

Çereşnev təcrübəni müsbət qiymətləndirib.

"Hazırda istehsal gedir", - deyə o, əlavə edib.

Alim ağciyərlərin süni ventilyasiyasının bədənə kifayət qədər ağır yük olduğunu vurğulayıb. Onun sözlərinə görə, 90-95 dərəcəyə qədər qızdırılan helium-oksigen qarışığı mexaniki ventilyasiyadan xeyli üstündür.

1news.az

Paylaş:
818

Son xəbərlər

Bütün xəbərlər