“Metroda sosial məsafənin gözlənilməsinə ciddi nəzarət edilir” - Metropoliten | 1news.az | Xəbərlər
Cəmiyyət

“Metroda sosial məsafənin gözlənilməsinə ciddi nəzarət edilir” - Metropoliten

16:12 - 14 / 09 / 2020
“Metroda sosial məsafənin gözlənilməsinə ciddi nəzarət edilir” - Metropoliten

Hazırda metronun stansiyalarında sosial məsafənin gözlənilməsinə ciddi nəzarət edilir.

1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, səhər saatlarından indiyədək sərnişin axınını nəzərə alsaq, sosial məsafənin gözlənilməsi prosesi yüksək səviyyədə aparılır:

"Sərnişin sıxlığı günün müəyyən saatlarına görə dəyişir. Sərnişinlər stansiyalara daxil olarkən sosial məsafənin qorunmasına, tibbi maskaların burnun üzərini tutacaq şəkildə taxılmasına diqqət etməlidirlər. Bizim əməkdaşlar da qaydalara əməl olunmadına nəzarət edəcəklər. Belə olan halda metroda hır hansı problemin yaşanmayacağına ümid edirik".

1news.az

Paylaş:
516

Son xəbərlər

Bütün xəbərlər