14 sentyabra olan koronavirus STATİSTİKASI: 76 yeni yoluxan, 104 sağalan, 2 ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

14 sentyabra olan koronavirus STATİSTİKASI: 76 yeni yoluxan, 104 sağalan, 2 ölən var

17:43 - 14 / 09 / 2020
14 sentyabra olan koronavirus STATİSTİKASI: 76 yeni yoluxan, 104 sağalan, 2 ölən var

Azərbaycan Respublikası ərazisində 14 sentyabra olan COVİD-19 ilə bağlı vəziyyət açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 38403 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35860 nəfər müalicə olunaraq sağalıb, 564 nəfər vəfat edib, aktiv xəstə sayı 1979 nəfərdi.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3630, bu günə qədər isə ümumilikdə 1 013108 test icra olunub.

Qafar Ağayev

Paylaş:
989

Son xəbərlər

Bütün xəbərlər