Azərbaycanlı xanəndə qəfildən öldü

Ukraynada yaşayan azərbaycanlı xanəndə dünyasını dəyişib.
1news.az baku.ws-ə istinadən bildirir ki, bu barədə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev bildirib.
Diaspor nümayəndəsi qeyd edib ki, xanəndə Elbrus Məmmədov qəfildən keçinib:
"Ukrayna azərbaycanlılarının sevimlisi, gözəl insan, gözəl xanəndə Elbrus Məmmədov gözlənilmədən dünyasını dəyişdi. Çox təəssüf. Nə qədər həyatda varıq, həmişə qəlbimizdə yaşayacaqsan, gözəl insan. Allah rəhmət eləsin".
1news.az
563