Azərbaycanda koronavirus: 114 yoluxan, 138 sağalan, 2 ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirus: 114 yoluxan, 138 sağalan, 2 ölən var

16:05 - 15 / 09 / 2020
Azərbaycanda koronavirus: 114 yoluxan, 138 sağalan, 2 ölən var

Azərbaycan Respublikası ərazisində 15 sentyabra olan COVİD-19 ilə bağlı vəziyyət açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasına 114 yeni yoluxma faktı qeydə alınıb, 138 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 38517 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35998 nəfər müalicə olunaraq sağalıb, 566 nəfər vəfat edib, aktiv xəstə sayı 1953 nəfərdi.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3630, bu günə qədər isə ümumilikdə 1 020029 test icra olunub.

Qafar Ağayev

Paylaş:
1110

Son xəbərlər

Bütün xəbərlər