2020-ci ilin 6 ayında nikahların və boşanmaların sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

2020-ci ilin 6 ayında nikahların və boşanmaların sayı açıqlandı

17:18 - 15 / 09 / 2020
2020-ci ilin 6 ayında nikahların və boşanmaların sayı açıqlandı

Bu il ərzində Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən 1news.az-a verilən məlumata görə, 2020-ci ilin yanvar-iyul aylarında qeydiyyat şöbәlәri tәrәfindәn 20611 nikah vә 8285 boşanma halları qeydә alınıb.

Əhalinin hәr 1000 nәfәrinә nikahların sayı 3,5, boşanmaların sayı isә 1,4 olub.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin məlumatına görə, boşanmaların səbəbləri xasiyyətlərin tutmaması, uşaqlarının olmaması, ailədaxili zorakılıq, xəyanət, qısqanclıq, xəstəlik, milli zəmin, sərxoşluq, narkomaniya, maddi durum, mənzilin olmaması, ərin (arvadın) əlilliyi, uzun müddət ayrı yaşamaq, oğurluq və kənar müdaxilələrdir.

Daha çox boşanmalar isə xasiyyətlərinin uyğunsuzluğu səbəbindən baş verib.

2019-cu ildə 12 560 nikah xasiyyətlərinin tutmamasına, 793 nikah xəyanətə, 724 nikah uşaqlarının olmamasına, 709 nikah ailədaxili zorakılığa, 654 nikah maddi duruma, 605 nikah isə qısqanclığa, qalanları isə sərxoşluq və digər səbəblərə görə pozulub.

Qafar Ağayev

Paylaş:
887

Son xəbərlər

Bütün xəbərlər