Ermənistanın növbəti təxribatı - Azərbaycan hərbçisi yaralanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistanın növbəti təxribatı - Azərbaycan hərbçisi yaralanıb

10:40 - 15 / 09 / 2020
Ermənistanın növbəti təxribatı - Azərbaycan hərbçisi yaralanıb

Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur.

Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti Ordumuzun nəzarəti altındadır.

Qafar Ağayev

Paylaş:
680

Son xəbərlər

Bütün xəbərlər