Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün quraşdırılmasına başlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün quraşdırılmasına başlanılıb - FOTO

12:19 - 18 / 09 / 2020
Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün quraşdırılmasına başlanılıb - FOTO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün metal konstruksiyalı aşırım tirlərinin montajına başlanılıb.

Bu barədə 1news.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildiriblər. Qeyd olunub ki, bundan öncə körpünün monolit dəmir-beton dayaqlarının inşası aparılaraq yekunlaşdırılıb:

"Köhnə dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni biraşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib. Yeni körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edəcək".

Qadar Ağayev

Paylaş:
753

Son xəbərlər

Bütün xəbərlər