Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi

12:23 - 18 / 09 / 2020
Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi

Gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək “Avroviziya-2021” mahnı müsabiqəsində Azərbaycanın iştirakı təsdiqlənib.

İctimai Televiziya və Radio Yayımları Şirkətindən verilən məlumata görə, mayın 18, 20 və 22-də Rotterdamda baş tutacaq "Avroviziya-2021" mahnı müsabiqəsində ölkəmizi Efendi təmsil edəcək.

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Avroviziya"nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

“Avroviziya-2021” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.

1news.az

Paylaş:
1136

Son xəbərlər

Sabunçuda ev yanıb

Bu gün, 09:22
Bütün xəbərlər