“Şortik” qalmaqalı davam edir: “Şortik”i şalvarla əvəzlədikdən sonra həyətə girə bildim

Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün imtahana şortikdə gedən və binaya buraxılmayan Fərid Pərdəşünas adlı şəxs yeni açıqlama verib.
AZXEBER.COM-un verdiyi xəbərə görə, texnobloqqer Fərid Pərdəşünas bildirib ki, "şortik”ini şalvarla əvəz edəndən sonra imtahana buraxılıb:
Hal-hazırda yaranan qalmaqala görə bir çox TV kanal məni axtarır. Hadisəyə operativ yanaşan İTV oldu. Əlavə olaraq qeyd edim ki, imtahan günü məcbur olub başqa yerdən şalvar gətirməli oldum, elə oradaca maşının içində şortiki şalvarla əvəzlədikdən sonra 40 dəqiqədən sonra həyətə girə bildim”.
Mövzu ilə əlaqədar oxuyun:
Qadınlar “prava” imtahanına şortiklə girə bilər, kişilər isə yox!
S.Xankişiyeva
1669