Mountain Dew GLA-nın sponsoru oldu – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mountain Dew GLA-nın sponsoru oldu – FOTO

13:18 - 20 / 09 / 2020
Mountain Dew GLA-nın sponsoru oldu – FOTO

Sentyabrın 15-də imzalanan müqaviləyə əsasən "Mountain Dew" GLA-ya (Gaming League Azerbaijan) sponsor olacaq.

GLA-nın yeni sponsoru spirtsiz içkiləri olan Mountain Dew 2007-ci ildən bu yana kiber idman növlərinin aktiv dəstəkçisidir.

Sözü gedən içki dünyada kiberidman sahəsindəki oyunçuların ən sevimli içkisinə çevrilməyi bacarıb. Mountain Dew orijinal, unudulmaz və gözəl dadı ilə təkcə susuzluğu aradan qaldırmır, eyni zamanda oyunçuların yarışlarda ehtiyacı olan gücü onlara verir. Məhz elə buna görə də, Mountain Dew kiberidmanın inkişafı, oyunçuların axtarışı, üzə çıxarılması və irəli çəkilməsi ilə məşğul olan kiber idman brendi GLA-nın Bakıda yerləşən qərargahına sponsor olması təsadüfi deyil. İndi məhz "Mountain Dew" Gaming League Azerbaijan-nın rəsmi içkisidir.

“GLA ilə "Mountain Dew" əməkdaşlığı Azərbaycanda kiberidmanın inkişafında yeni mərhələdir. İnanırıq ki, hazırki idman növünü dəstəkləyən kampaniya onun dünyanın dörd bir yanında tanınmasına dəstəkçi olacaq. Bu missiyanı layiqincə yerinə yetirəcəyinə əminik” deyə, GLA-nın təmsilçisi vurğulayıb.

3 aylıq müqavilə çərçivəsində "Mountain Dew" və GLA bir çox işlərə imza atacaq. GLA tərəfindən təşkil olunan liqaya məhz onlar sponsorluq edəcəklər: CS: GO (Counter Strike) və FİFA-21, eyni zamanda "Karabakh Horses"in komandasına dəstəkçisi olacaqdır. Bura onların həm ölkədaxili, həm də beynəlxalq arenada iştirak etdiyi oyunlar daxildir.

Kiberidman növü hazırda inkişaf mərhələsindədir, bu işbirliyi isə onların daha müvəffəqiyətli olmasına dəstək duracaq. Bu, qalibiyyətə gedən uğurlu yolun dəstəkçisidir.

Onu da qeyd edək ki, Mountain Dew və GLA arasındakı müqavilənin ərsəyə gəlməsində əsas rolu Ampersand şirkəti oynayıb. GLA 2019-cu ildə yaradılıb və bu gün kiberidman sahəsində yeganə uğur qazanmış brenddir. GLA artıq 11-dən artıq yarış və 5-dən çox liqa keçirmişdir. Əminik ki, azərbaycanlı oyunçular ölkəni həm ölkə daxilində həm də beynəlxalq yarışlarda uğurla təmsil edəcəklər.

Reklam hüququnda

Paylaş:
863

Son xəbərlər

Bütün xəbərlər