Şəhid çavuş dəfn edilir – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid çavuş dəfn edilir – FOTO – YENİLƏNİB

16:10 - 21 / 09 / 2020
Şəhid çavuş dəfn edilir – FOTO – YENİLƏNİB

Şəhid hərbçimiz ilə vida mərasimi keçirilir.

Trend-in məlumatına görə, sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmətçisi kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Şəhidin cənazəsi Tovuz rayonunun Qazıqulu kəndində yaşadığı evə gətirilib. Şəhidlə vida mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edir.

14.27

Bu gün şəhid olan Azərbaycan hərbi qulluqçusunun meyidi haşadığı evinə gətirilir.

Trend-in məlumatına görə, saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlunun cənazəsi Tovuz, Qazıqulu kəndində olan evinə gətirilir.

Şəhid bugün dəfn olunacaq.

S.Xankişiyeva

 

 

Paylaş:
717

Son xəbərlər

Bütün xəbərlər