Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib | 1news.az | Xəbərlər
Cəmiyyət

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

17:26 - 22 / 09 / 2020
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə növbəti dəfə baş çəkib.

1news.az-ın xəbərinə görə, Komitənin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Trend-ə bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri aprel, may və iyun ayları ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib:

"Münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Aprel, may və iyun aylarında biz, Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkmişik. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) mandatına əsasən, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar saxlanılan şəxslərə olan rəftarı və onların saxlanma şəraitini monitorinq edir və həmçinin, bu şəxslərə ailə əlaqələrini saxlamaqda köməklik göstərir".

1news.az

Paylaş:
772

Son xəbərlər

Bütün xəbərlər