Ağgöldə qanunsuz balıq ovlayanlar saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağgöldə qanunsuz balıq ovlayanlar saxlanılıb

11:04 - 22 / 09 / 2020
Ağgöldə qanunsuz balıq ovlayanlar saxlanılıb

Ağgöl Milli Parkının və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı milli parkın ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

1news.az-ın məlumatına görə, bunu Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

“Araşdırma zamanı brakonyerin Beyləqan rayonu Eyvazalılar kənd sakini Afət Sarıyev olduğu və təbiətə 2376 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ondan istifadəsi qadağan olunan ov alətləri və müxtəlif növ balıqlar götürülüb”.

B.Məhəmmədov qeyd edib ki, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanına göndərilib.

1news.az

Paylaş:
642

Son xəbərlər

Bütün xəbərlər