Azərbaycanda koronavirusa qarşı peyvəndin kimlərə vurulacağı ilə bağlı strategiya hazırlanır

Azərbaycanda koronavirusa qarşı peyvəndin kimlərə vurulacağı ilə bağlı strategiya hazırlanır.
Trend-in məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
R.Bayramlı bildirib ki, hazırda Azərbaycan koronavirusa qarşı peyvəndlə baölı həm iki tərəfli, həm də çox tərəfli danışıqlar aparılır. O qeyd edib ki, hazırda dünyada 9 şirkət peyvənd hazırlığının 3-cü mərhələsindədir. R.Bayramlı qeyd edib ki, həmin peyvəndlərdən hansı beynəlxalq səhiyyə qurumları tərəfindən təsdiq olunacaqsa Azərbaycanda vaksini tətbiq edən ilk ölkəlr sırasında olacaq.
S.Xankişiyeva
573