XİN-in həbsdə olan sabiq idarə rəisi ev dustaqlığına buraxıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

XİN-in həbsdə olan sabiq idarə rəisi ev dustaqlığına buraxıldı

12:10 - 23 / 09 / 2020
XİN-in həbsdə olan sabiq idarə rəisi ev dustaqlığına buraxıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı həbs edilən, Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin sabiq rəisi Faiq Bağırov ev dustaqlığına buraxılıb.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə "Elektron məhkəmə" portalında məlumat verilib.

Məlumata görə, sentyabrın 22-də Səbail rayon məhkəməsində hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatətə baxılsa da, təxirə salınıb. Daha sonra vəsatət təmin edilib və Faiq Bağırov ev dustaqlığına buraxılıb.

F.Bağırov Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham edilir.

F.Bağırov iyulun 7-də DTX-nın Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılıb. İyulun 9-da onun barəsində məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

S.Xankişiyeva

 

Paylaş:
714

Son xəbərlər

Bütün xəbərlər