Təbrizdə və Tehranda Azərbaycana dəstək aksiyaları keçirilib

Təbriz şəhərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib.
1news.az xəbər verir ki, aksiya iştirakçıları Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyərək müxtəlif şüarlar səsləndiriblər.
İranın paytaxtı Tehran şəhərinin sakinləri də Azərbaycan Ordusuna dəstək aksiyası keçiriblər. Aksiyada Tehran sakinləri Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib və İranın Ermənistanla dövlət sərhədində "Norduz" gömrük buraxılış məntəqəsinin bağlanmasını tələb ediblər.
Onlar, həmçinin “Azərbaycan” şüarları ilə Ermənistan tərəfindən işğal edilən ərazilərin azad edilməsi uğrunda Azərbaycanın haqq savaşına dəstəklərini ifadə ediblər.
1news.az
380