Vüqar Rəhimzadə: Mülki əhaliyə qarşı xaincəsinə terror aktı Paşinyan rejiminin faşist xislətini, riyakarlığını isbatladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Vüqar Rəhimzadə: Mülki əhaliyə qarşı xaincəsinə terror aktı Paşinyan rejiminin faşist xislətini, riyakarlığını isbatladı

15:38 - 12 / 10 / 2020
Vüqar Rəhimzadə: Mülki əhaliyə qarşı xaincəsinə terror aktı Paşinyan rejiminin faşist xislətini, riyakarlığını isbatladı

“Oktyabrın 10-dan 11-nə keçən gecə Ermənistanın Gəncədə çoxmənzilli binanı raket atəşinə tutması və nəticədə 9 dinc insanın həlak olması, 34 nəfərin yaralanması işğalçı ölkənin dövlət səviyyəsində terror siyasəti yürütməsinin sübutu oldu. Ermənistanın bu hücumları, mülki əhalinin hədəfə alınması birmənalı müharibə cinayətidir və beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir. Eyni zamanda, Ermənistan ordusunun gecə saat 2 radələrində öz evində yatmış vəziyyətdə olan mülki əhaliyə qarşı xaincəsinə terror aktı törətməsi Paşinyan rejiminin faşist xislətini, sülhə, atəşkəsə adekvat olmadığını isbatlayır”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, bu gün regionda beynəlxalq sülhə başlıca təhlükə olan Ermənistan artıq nəinki Cənubi Qafqaz regionu, ümumilikdə beynəlxalq aləm üçün qlobal bir problemə çevrilib: “Sentyabrın 27-dən başlanan müharibə ilə əlaqədar bütün beynəlxalq təşkilatlar, dövlətlər tərəfləri hərbi əməliyyatları dayandırmağa, sülh danışıqlarına başlamağa səsləyirdilər. Sonuncu dəfə isə Rusiya humanitar atəşkəsin təmin edilməsi ilə əlaqədar təşəbbüs irəli sürdü və bu məqsədə nail olmaq üçün Moskva görüşü təşkil olundu. Həmin görüşün nə qədər gərgin keçməsi hər kəsə bəllidir. Nəticədə humanitar atəşkəsin elan edilməsi qərara alındı. Lakin Azərbaycanın atəşkəs rejiminə sadiq olduğu bir zamanda Ermənistanın siyası rəhbərliyi bir daha riyakarlığını ortaya qoydu. Paşinyan rejimi aydın şəkildə beynəlxalq qanunlara hörmətsizlik etdi və bütün dünyaya meydan oxudu. Moskvada üzərinə götürdüyü öhdəliklərə əməl etmədi, razılaşmaya sadiq olmadı və ikiüzlülüyünü isbatladı. Düşünürəm ki, atəşkəs haqqında razılaşmanın təşəbbüskarı və təminatçısı kimi Rusiya təcili surətdə Ermənistanın hərbi-siyasi rəhbərliyindən, şəxsən Nikol Paşinyandan Gəncədə törətdiyi qanlı terror aktının hesabını sormalıdır”.

Vüqar Rəhimzadə əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılığından sonra dinc insanları və yaşayış məntəqələrini atəşə tutması bu dövlətin faşist xislətinin bir daha sübutu və Ermənistanın hərbi-siyasi rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığının növbəti bariz göstəricisidir: “Bu səbəbdən də bütün beynəlxalq təşkilatlar, xüsusilə də münaqişənin sülh yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistana qarşı nəhayət təzyiq mexanizmini işə salmalı, mülki əhaliyə qarşı terror aktlarına son verməsini ciddi şəkildə ondan tələb etməlidir. Əgər bu dəfə də Ermənistanın əməlləri susqunluqla qarşılanacaqsa, təcavüzkara qarşı əməli tədbirlər görülməyəcəksə, nəticədə Paşinyan rejimi daha da azğınlaşacaq və bundan da böyük terror aktlarına, hətta soyqırımına əl ata bilər. Yekunda isə ümumilikdə regionda sülhün və təhlükəsizliyin təmin olunması müşkülə çevriləcək”.

1news.az

Paylaş:
407

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər