Koronavirus Azərbaycanda: 277 yeni yoluxan, 64 sağalan, 3 ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirus Azərbaycanda: 277 yeni yoluxan, 64 sağalan, 3 ölən var

15:47 - 13 / 10 / 2020
Koronavirus Azərbaycanda: 277 yeni yoluxan, 64 sağalan, 3 ölən var

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 277 yeni yoluxma faktı qeydə alınıb, 64 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 42 381 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 468 nəfər müalicə olunaraq sağalıb, 612 nəfər vəfat edib, aktiv xəstə sayı 2 301 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 865, ötən müddət ərzində isə ümumilikdə 1 187 136 test aparılıb.
 
Qafar Ağayev
Paylaş:
595

Son xəbərlər

Bütün xəbərlər