Ermənistanın təxribatı nəticəsində 160 sahibkarlıq subyektinə ziyan dəyib - KOBİA | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistanın təxribatı nəticəsində 160 sahibkarlıq subyektinə ziyan dəyib - KOBİA

16:28 - 13 / 10 / 2020
Ermənistanın təxribatı nəticəsində 160 sahibkarlıq subyektinə ziyan dəyib - KOBİA

Oktyabrın 13-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Agentliyin və Dövlət Vergi Xidmətinin məsul əməkdaşları Gəncə şəhərində və Bərdə rayonunda Ermənistanın hərbi təxribatından ziyan çəkmiş sahibkarlarla görüşüb, onların təsərrüfatına və sahibkarlıq obyektlərinə dəymiş ziyanla yerində tanış olublar.

KOBİA-dan 1news.az-a verilən məlumata görə, görüşdə bildirilib ki, 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təxribatı nəticəsində mülki əhali, infrastruktur obyektləri, dövlət əmlakı ilə yanaşı, sahibkarlıq subyektlərinə də ciddi ziyan dəyib. Hazırda sahibkarlıq subyektlərinə dəymiş zərərin müəyyənləşdirilməsi məqsədilə müvafiq məlumatların toplanılması və emalı, mümkün olduqda isə dəymiş zərərin yerində dəqiqləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İndiyədək Ermənistanın təxribatı nəticəsində 160 sahibkarlıq subyektinə ziyanın dəyməsi barədə KOBİA-ya məlumat daxil olub. Müraciətlər əsasən Gəncə və Naftalan şəhərləri, Tərtər, Füzuli, Beyləqan, Bərdə, Ağdam, Cəbrayıl və Ağcabədi rayonlarındandır.

Ermənistanın hərbi təxribatından daha çox ailə təsərrüfatlarına (əkin sahələri, iri və xırdabuynuzlu heyvanlar və s.), ticarət mərkəzlərinə, mağazalara, ictimai iaşə obyektlərinə (yeməkxana, çay evi, kafe, restoran), çörək sexlərinə, yanacaqdoldurma məntəqələrinə, mehmanxana, apteklər, bərbərxana, bazar və digər sahibkarlıq obyektlərinə müxtəlif dərəcəli ziyan dəyib.

 

Sahibkarlıq subyektlərinə dəymiş ziyanla bağlı yekun məlumat və görüləcək tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

KOBİA bir daha Ermənistanın hərbi təxribatından ziyan çəkmiş sahibkarlıq subyektlərindən bu barədə məlumat vermələrini xahiş edir. Bunun üçün sahibkarlıq subyektləri KOBİA-nın (012) 404 04 01 (daxili 187) və (055) 200 02 96 telefon nömrələri, [email protected] elektron poçt ünvanı və ya Agentliyin www.smb.gov.az saytının “Əlaqə” bölməsi vasitəsilə müraciət edə bilərlər.

 

1news.az 

Paylaş:
486

Son xəbərlər

MMF2024-ün ilk günü (online) uğurla yekunlaşdı!28 / 06 / 2024, 18:13DİM İlahiyyat Kollecinə qəbul olmaq istəyənlərə müraciət edib28 / 06 / 2024, 17:48Qısamüddətli geomaqnit qasırğası gözlənilir28 / 06 / 2024, 17:43Ceyms O’Brayn: Azərbaycan NATO sammitinə dəvət olunub28 / 06 / 2024, 17:41Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərkibi təsdiqlənib28 / 06 / 2024, 17:38İKTA Elektromaqnit sahəsinin insan sağlamlığına potensial təsiri mövzusunda araşdırma aparıb28 / 06 / 2024, 17:31Ceyhun Bayramov O’Brayna Ermənistanın Konstitusiyasına dəyişiklik etməsinin vacibliyini çatdırıb28 / 06 / 2024, 17:30Ağdaşda Birinci Qarabağ müharibəsinin şəhidi Yasin Əbdürəhmanov dəfn edilib - FOTO28 / 06 / 2024, 17:08Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılış mərasimi keçirilib28 / 06 / 2024, 16:58Bakının iki rayonunda işıq olmayacaq28 / 06 / 2024, 16:56Yasamalda 10 kiloqram narkotik dövriyyədən çıxarılıb28 / 06 / 2024, 16:48Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib28 / 06 / 2024, 16:31Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Fəqan Yaqubov dəfn edilib - FOTO28 / 06 / 2024, 16:30ADY platformalara keçid və qatarlara minik qaydalarını yeniləyir28 / 06 / 2024, 16:17Laçında daha 21 ailəyə evlərin açarları təqdim olunub - FOTO - YENİLƏNİB28 / 06 / 2024, 16:02Kapital Bank-ın manat istiqrazlarının 2-ci tranşının yerləşdirilməsi yekunlaşdı28 / 06 / 2024, 15:44Sahibkarlar KOB evlərinə gəlmədən onlayn növbə götürə bilərlər28 / 06 / 2024, 15:37Mikayıl Cabbarov işğaldan azad edilmiş ərazilərdə ilk biznes quran sahibkarları təbrik edib28 / 06 / 2024, 15:21Şəmkirdə Birinci Qarabağ müharibəsinin şəhidi Əhliman Əsgərov dəfn edilib - YENİLƏNİB28 / 06 / 2024, 15:14Milli Məclis buraxıldı, növbədənkənar seçkilərin keçiriləcəyi vaxt bəlli oldu - SƏRƏNCAM28 / 06 / 2024, 15:08
Bütün xəbərlər