Teledərslərin oktyabrın 21-nə olan cədvəli | 1news.az | Xəbərlər
Cəmiyyət

Teledərslərin oktyabrın 21-nə olan cədvəli

23:58 - 20 / 10 / 2020
Teledərslərin oktyabrın 21-nə olan cədvəli

“Mədəniyyət”, “ARB Günəş” telekanalları və “Təhsil” televiziyasının “Facebook” səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının oktyabrın 21-i üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə 1news.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, videodərslər portalından (“https://video.edu.az/”), eyni zamanda, “Təhsil” televiziyasının “Facebook” səhifəsindən izləyə bilərlər.

S.Xankişiyeva

 

Paylaş:
564

Son xəbərlər

Bütün xəbərlər