Karantin qaydaları yenidən sərtləşdirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Karantin qaydaları yenidən sərtləşdirildi

18:11 - 23 / 10 / 2020
Karantin qaydaları yenidən sərtləşdirildi

Nazirlər Kabineti yanında Operativ Qərargah karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı vətəndaşlara müraciət edib.

1news.az-ın verdiyi xəbərə görə, müraciətdə deyilir:

"Hazırda dünya ölkələri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmada artım müşahidə olunmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bu günədək dünyada 42 milyondan çox şəxs COVID-19 infeksiyasına yoluxub, 1 milyondan çox insan isə bu xəstəlikdən vəfat edib.

Vətəndaşlarımızı COVID-19 virusu ilə mübarizə sahəsində mövcud karantin tələblərinə riayət etməyə, eləcə də qoruyucu maskalardan və digər zəruri tibbi-profilaktik vasitələrdən istifadə etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa çağırırıq".

Xatırladaq ki, ölkədə karantin qaydaları yenidən sərtləşdirilib.

S.Xankişiyeva

 

 

Paylaş:
518

Son xəbərlər

Bütün xəbərlər