Azərbaycanlı xanım Amerika dövlət proqramının seçilən siması oldu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı xanım Amerika dövlət proqramının seçilən siması oldu - FOTO

12:20 - 23 / 10 / 2020
Azərbaycanlı xanım Amerika dövlət proqramının seçilən siması oldu - FOTO

ABŞ Dövlət Departamentinin Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramının (IVLP) 80 illik yubileyi münasibətilə seçilən 80 uğurlu sima arasında (#FacesofExchange) Azərbaycandan olan iştirakçı - Ellada Mustafayeva da yer alıb.

1news.az xəbər verir ki, bu barədə məlumat ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosunun rəsmi saytında qeyd olunub.

1940-cı ildə təsis olunan proqramın 225.000-dən çox məzunu arasından seçilən 80 simadan biri olan Ellada Mustafayeva 2017-ci ildə IVLP proqramında iştirak edib. O, PR, media, təhsil və idarəçilik sahəsində dövlət və özəl qurumlarla peşəkar iş təcrübəsinə malikdir. Bir sıra beynəlxalq və yerli layihələrin idarə və icra olunmasında yer alıb. Müvafiq sahələr üzrə pedaqoji və təlimçilik fəaliyyəti ilə də məşğuldur.

Mədəni və peşəkar mübadilə proqramı olan IVLP ABŞ Dövlət Departamenti tərəfindən Amerika səfirliyi ilə birgə həyata keçirilir. Proqramın məqsədi ABŞ-ın dünya ölkələri ilə əlaqələrini gücləndirmək və fərqli ixtisas sahiblərinin peşəkar inkişaflarına dəstək olmaqdır.

Hər il dünyanın müxtəlif ölkələrindən olan təxminən 5.000 iştirakçı Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramı (IVLP) ilə ABŞ-a səfər edir. IVLP-nin məzunları sırasında Marqaret Tetçer, Toni Bleyr, Nikola Sarkozi, İndira Qandi və s. kimi dünya liderlərini, ictimai xadimləri, müxtəlif sahələrdə öz ölkəsində və qlobal miqyasda tanınan peşəkar şəxsləri qeyd etmək olar.

Bu il 80 illik yubileyini qeyd edən IVLP-nin #FacesofExchange ("Mübadilə üzü") təşəbbüsü də proqram məzunlarının həyat hekayələrini, öz sahələri üzrə peşəkar inkişaflarını nümayiş etdirməklə proqramın qlobal cəmiyyətə təsirini vurğulamaq məqsədi daşıyır.

1news.az

Paylaş:
767

Son xəbərlər

ARDNF ötən ay satılan ABŞ dollarının məbləğini açıqladı02 / 07 / 2024, 17:50ADY sərnişin daşınmasını 20% artırıb02 / 07 / 2024, 17:40Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib02 / 07 / 2024, 17:33Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib02 / 07 / 2024, 17:27Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində hərəkət zolağı təşkil edilib02 / 07 / 2024, 17:15Azercell yeni Smartfon kampaniyasını təqdim edir!02 / 07 / 2024, 17:04ABB AKA Bankla müqavilə imzaladı02 / 07 / 2024, 17:02Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub02 / 07 / 2024, 16:58Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunub02 / 07 / 2024, 16:52Taksi sahəsində islahatlar - Tələbi qarşılamaq üçün hansı addımlar atılmalıdır? - ŞƏRH02 / 07 / 2024, 16:43Bəzi bölgələrdə yağış yağıb, şimşək şaxıb - FAKTİKİ HAVA02 / 07 / 2024, 16:36Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqləyib02 / 07 / 2024, 16:00BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb02 / 07 / 2024, 15:52Azərbaycanla Tacikistan arasında imzalanmış üç saziş təsdiq edilib02 / 07 / 2024, 15:48“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər! - FOTO02 / 07 / 2024, 15:24Azərbaycanın müdafiə naziri Belarusa səfər edib02 / 07 / 2024, 15:18Vətən müharibəsi iştirakçısının yardımınıza ehtiyacı var: “Xahiş edirəm, oğluma kömək edin” - FOTO02 / 07 / 2024, 15:17Azərbaycanın Tailanddakı səfiri dəyişib02 / 07 / 2024, 14:48ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olundu02 / 07 / 2024, 14:34Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAM02 / 07 / 2024, 14:05
Bütün xəbərlər