Bakı ermənisi soydaşlarına səsləndi: “Həyatınızda nə çatmırdı?” | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı ermənisi soydaşlarına səsləndi: “Həyatınızda nə çatmırdı?”

13:50 - 05 / 11 / 2020
Bakı ermənisi soydaşlarına səsləndi: “Həyatınızda nə çatmırdı?”

Bakıda doğulub, boya-başa çatan Marianna adlı erməni qadının etirafı ermənilər arasında qəzəb oyadıb.

1news.az xəbər verir ki, o, bu barədə öz “Facebook” səhifəsində post paylaşıb: “Mən bu zaman ərzində susdum, ancaq daha səbrim qalmayıb. Bakı erməniləri, mən sizə müraciət edirəm. Siz yaşadığınız şəhər və dostluq etdiyiniz insanlar haqqında necə iyrənc iftiralar danışa bilirsiniz? "

"Qalan erməni nümayəndələri narahat olmasınlar, çünki sizin haqqınızda ümumiyyətlə söhbət getmir. Siz o şəhərin və insanlarının necə olduğunu heç vaxt başa düşməyəcəksiniz”,- deyə o, qeyd edib.

Müharibəyə başlayan erməniləri qınayan Marianna onlara sualla müraciət edib:

“Nəyiniz əskik idi? Siz gözəl şəhərdə yaşayırdınız, yüksək vəzifələr tuturdunuz, azərbaycanlılar qədər məvacib alırdınız, həyatınızda nə çatmırdı? Başa düşürəm, olanları həzm edə bilmirsiniz. Axı, bu işlərdə bizim dostlarımız və qonşularımızın heç bir günahı yoxdur. Mən Bakı üçün çox darıxıram. Mənim erməni atam mənə bir millətə mənsub olmamışdan əvvəl insan olmağı öyrədib”.

Sonda erməni qadın yerlilərini bu münaqişədə əslində kimin günahkar olduğu barədə düşünmələrini tövsiyyə edib:

“Bəlkə kimin günahkar olduğu haqqında düşünəsiz? Sizcə, günahkar son tikənizi bölüşdüyünüz insanlardır, yoxsa müharibə yolu ilə zorla bu torpaqlara soxulanlardır? Sizdən cavab gözləmirəm. Çünki bilirəm ki, siz bunu hətta özünüzə belə etiraf etməyəcəksiniz”.

1news.az

Paylaş:
387

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər