Hər kəs maska istifadə etsə koronavirusa yoluxma faizi çox aşağı olar - TƏBİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Hər kəs maska istifadə etsə koronavirusa yoluxma faizi çox aşağı olar - TƏBİB

14:45 - 05 / 11 / 2020
Hər kəs maska istifadə etsə koronavirusa yoluxma faizi çox aşağı olar - TƏBİB

Bir-biri ilə təmasda olan hər iki insanın tibbi maskadan istifadə etməsi vacibdir. Hər iki tərəf maskadan istifadə edərsə, yoluxma faizi 1-dən aşağı olar.

1news.az bildirir ki, bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

Onun sözlərinə görə, tibbi maskalar həm onu istifadə edən insanı, həm də onun təmasda olduğu şəxsi virusdan qoruyur.

A.Qurbanobv əlavə edib ki, düzgün qorunma tədbirləri insanı virusdan qoruya bilər. Amma qorunma tədbirlərinə düzgün əməl edilməzsə, insanın virusa yoluxmayacağına heç kim təminat verə bilməz:

"Bu qaydaları hamı bilməlidir və hamı maska gəzdirmək xatirinə maska taxmamalıdır. Maska bizi virusdan qoruyan maska olmalıdır. Digər qayda odur ki, əllər təmiz, diqqətlə yuyulmalıdır. Əllər yuyulduğu zaman yalnız ovucun içi, arxası deyil, onun bütün səthi diqqətlə yuyulmalıdır. Əllər bu cür yuyulduqda əl dərisində olan virus bizi tərk edə bilər. Bəzən insanlarda belə səhv təsəvvür yaranır ki, qorunma tədbirləri bizi heç virusdan qorumur. Amma bu, o halda qorumur ki, qaydalara düzgün riayət edilmir. Maskadan düzgün istifadə etmək, əlləri düzgün yumaq, maksimum şəkildə sıx təmaslardan çəkinmək lazımdır. Bu məsələlərə düzgün əməl olunsa, nəinki COVİD, sizi əmin edirəm ki, biz heç bir tənəffüs sistemi xəstəlikləri, o cümlədən qrip və qripəbənzər xəstəliklərlə xəstələnməyəcəyik".

A.Qurbanov qeyd edib ki, nazik və ya qalın olmasından asılı olmayaraq, bütün maskalar insanı az və ya çox dərəcədə virusdan qoruyur. Maskanın parçasının sıxlığı nə qədər çoxdursa, onun virusdan qorunmaq imkanı o qədər çoxdur:

"Amma cərrahi maskalar insanı virusdan qorumaq üçün yetərlidir. Yetər ki, bu maskanı hamı istifadə etsin və hər kəs də onu düzgün taxsın".

1news.az

Paylaş:
416

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər