Hikmət Hacıyev: Diplomatik nümayəndəliklər və heyət hücum hədəfi olmamalıdırlar | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Diplomatik nümayəndəliklər və heyət hücum hədəfi olmamalıdırlar

21:40 - 07 / 11 / 2020
Hikmət Hacıyev: Diplomatik nümayəndəliklər və heyət hücum hədəfi olmamalıdırlar

Diplomatik nümayəndəliklər və heyət hücum hədəfi olmamalıdırlar.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" hesabında yazıb.

"Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu silahlı hücuma məruz qalıb. Diplomatik nümayəndəliklər və heyət hücum hədəfi olmamalıdırlar. Hücumda erməni terror təşkilatları şübhəli bilinir, çünki Ermənistan asimmetrik müharibəyə keçir. Ukrayna səlahiyyətlilərinin hadisəyə operativ reaksiyasını yüksək qiymətləndiririk".

S.Xankişiyeva

 

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər