Heydər Əliyev Fondunun dəstəyi ilə “Mənim ürəyim Şuşa” musiqi kompozisiyası hazırlanıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondunun dəstəyi ilə “Mənim ürəyim Şuşa” musiqi kompozisiyası hazırlanıb - VİDEO

11:11 - 07 / 11 / 2020
Heydər Əliyev Fondunun dəstəyi ilə “Mənim ürəyim Şuşa” musiqi kompozisiyası hazırlanıb - VİDEO

Azərbaycanın dilbər güşələrindən olan, Qarabağımızın döyünən qəlbi Şuşa hər birimizin qürur mənbəyidir. Xan Şuşinskinin səsini qoynunda saxlayan başı qarlı, vüqarlı dağları ilə əzəmətli görünən Şuşa hər bir azərbaycanlı üçün xüsusi önəm daşıyır. Cənubi Qafqazın dəyərli mədəniyyət mərkəzlərindən biri olan Şuşa, milli memarlıq uslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi, mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə məşhur olub. Muğamımızın beşiyi sayılan, Qarabağın dilbər guşəsi Şuşa şəhəri əbədi olaraq Azərbaycanın mədəniyyət məbədidir.

1news.az-ın məlumatına görə, Şuşanı "Şərqin konservatoriyası" və "Azərbaycanın musiqi beşiyi" adlandırırlar. Bu şəhər Azərbaycanın bir sıra görkəmli şair, müğənni, musiqiçi və böyük bəstəkarların Vətənidir. Xurşudbanu Natəvan, Cabbar Qaryağdıoğlu, Bülbül, Xan Şuşinski, Üzeyir Hacıbəyli və digər dəyərli sənət adamları bu şəhərdə yaşayıb, bu şəhərdə yaradıblar.

Azərbaycanın döyünən qəlbi, Qarabağın mirvarisi Şuşa haqqında musiqi kompozisiyası hazırlanıb. Layihə Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşıb. Şuşa haqqında kompozisiyanın müəllifi xaricdə yaşayan həmyerlimiz Anar Bramodur. Sözləri Çexiyada yaşayan azərbaycanlı tanınmış şairə Leyla Beqimə məxsus olan “Mənim ürəyim Şuşa” adlı mahnının musiqisi məhz Almaniyada yaşayan həmyerlimiz, məşhur skripkaçı Anar Bramo tərəfindən bəstələnib.

Musiqi kompozisiyasının çəkilişlərini Bakı Media Mərkəzi həyata keçirib. Azərbaycan, rus və ingilis dilində hazırlanan musiqi parçasını müvafiq olaraq əməkdar artist Sevda Ələkbərzadə, Orxan Cəlilov və hazırda ABŞ-da yaşayan istedadlı müğənnimiz Ülviyyə Salayeva ifa ediblər. Musiqi kompozisiyasının çəkilişlərində dirijor Fuad İbrahimov və sənətçilər Kənan Bəşirli, Sahib Paşazadə, Anastasiya Avdeyeva, Nicat Məsimov, Naala Baratelia, “Lumineux” vokal-xor ansamblı və Bakı Kamera Orkestrindən ibarət yaradıcı kollektiv iştirak edib.

Azərbaycanın dilbər guşəsi, Qarabağın gözəllik simvolu Şuşa hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu gözəl şəhərdə ermənilər tərəfindən talan olunan mədəniyyət nümunələrimiz, məhv edilən tarixi abidələrimiz bərpa ediləcək. Yenə gözəl Cıdır düzü Azərbaycan igidlərinin məskəninə çevriləcək, doğmalarının nəfəsinə həsrət qalan xarı bülbül əsrarəngiz gözəlliyi ilə hamını valeh edəcək.

Şuşa Qarabağdır, Qarabağ isə Azərbaycandır! Şuşa, Vətənini, millətini sevən hər bir Azərbaycan vətəndaşı üçün dogma torpaq, əziz bir şəhərdir. Bu gün hər bir Azərbaycan vətəndaşı digər ərazilərimiz kimi, döyünən ürəyimiz – Şuşanın da azad olunacağı günü səbirsizliklə gözləyir.

3 dildə olan musiqi kompozisiyasını Bakı Media Mərkəzinin rəsmi youtube və digər sosial şəbəkə səhifələrində izləmək mümkündür:

Youtube

https://www.youtube.com/watch?v=1zm4bpNUOKQ

https://www.youtube.com/watch?v=LQGSl8nlOIg

https://www.youtube.com/watch?v=lTXms613aEw

Facebook

https://www.facebook.com/1402834436617491/posts/3009030299331222/

https://www.facebook.com/1402834436617491/posts/3009038955997023/

https://www.facebook.com/1402834436617491/posts/3009090969325155/

Instagram

https://www.instagram.com/tv/CHQQAcRpVeZ/?igshid=1dm4tb6yhkruh

https://www.instagram.com/tv/CHQiznQpyrN/?igshid=6jt0zditg2lz

https://www.instagram.com/tv/CHQkfluJpNn/?igshid=1kpxlflh17qb9

Qafar Ağayev

Paylaş:
597

Son xəbərlər

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!28 / 04 / 2024, 12:18Kamaləddin Qafarov: “Azərbaycan - Qırğızıstan münasibətlərində mədəni əlaqələr önəmli yer tutur”28 / 04 / 2024, 11:30"Nar"dan sərfəli smartfon təklifi27 / 04 / 2024, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib27 / 04 / 2024, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar27 / 04 / 2024, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib27 / 04 / 2024, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTO27 / 04 / 2024, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTO27 / 04 / 2024, 16:21Ali Məhkəmənin hakimi intihar edib27 / 04 / 2024, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaq27 / 04 / 2024, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO27 / 04 / 2024, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək27 / 04 / 2024, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib27 / 04 / 2024, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb27 / 04 / 2024, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır27 / 04 / 2024, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var27 / 04 / 2024, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb27 / 04 / 2024, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib27 / 04 / 2024, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur27 / 04 / 2024, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - Proqnoz27 / 04 / 2024, 12:06
Bütün xəbərlər