Hikmət Hacıyev: “İşğal altında olan Azərbaycan torpaqlarında dağıntıların miqyası ağlasığmazdır” | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: “İşğal altında olan Azərbaycan torpaqlarında dağıntıların miqyası ağlasığmazdır”

16:10 - 09 / 11 / 2020
Hikmət Hacıyev: “İşğal altında olan Azərbaycan torpaqlarında dağıntıların miqyası ağlasığmazdır”

“30 ildir Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında dağıntıların miqyası ağlasığmazdır”.

1news.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“Hətta kərpic və daş da talan edilib. Tezliklə, Ermənistanın törətdiyi bu cür dağıntılar geri qayıdan məcburi köçkünlərə daha yaxşı gələcək qurmaq üçün tikinti və inşaatla əvəz olunacaqdır”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

1news.az

Paylaş:
413

Son xəbərlər

Bütün xəbərlər