Daha bir ölkə koronavirusa qarşı peyvənd istehsal edib | 1news.az | Xəbərlər
Dünya

Daha bir ölkə koronavirusa qarşı peyvənd istehsal edib

17:38 - 09 / 11 / 2020
Daha bir ölkə koronavirusa qarşı peyvənd istehsal edib

Avstraliya Böyük Britaniyanın əczaçılıq şirkəti "AstraZeneca"nın koronavirusa qarşı yaratdığı peyvəndin müstəqil istehsalına başlayıb.

1news.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Avstraliyanın səhiyyə naziri Qreqa Hanta açıqlama verib.

"Peyvəndin istifadəsinə icazə verilən kimi tibb işçiləri və yaşlılara təqdim olunacaq. Biz bütün ölkənin 2021-ci ildə peyvənddən yararlana bilməsi üçün çalışacağıq", - Q.Hanta qeyd edib.

Bildirilir ki, peyvəndin vurulması könüllü olacaq.

1news.az

Paylaş:
578

Son xəbərlər

Bütün xəbərlər