MN: Azərbaycan Ordusu Xocavənd istiqamətində hücumu genişləndirir | 1news.az | Xəbərlər
Siyasət

MN: Azərbaycan Ordusu Xocavənd istiqamətində hücumu genişləndirir

18:15 - 09 / 11 / 2020
MN: Azərbaycan Ordusu Xocavənd istiqamətində hücumu genişləndirir

"Mənəvi-psixoloji vəziyyəti və maddi-texniki təminatı yüksək səviyyədə olan Azərbaycan əsgəri bir əlində silah, bir əlində bayraqla növbəti hədəfə doğru irəliləyir".

"Report" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

"Biz bu cəsarəti və döyüş ruhunu müzəffər Ali Baş Komandanımız və sarsılmaz xalqımızdan alırıq. Hazırda Xocavənd istiqamətində hücumu genişləndirən Azərbaycan Ordusu əməliyyat şəraitini nəzərdə saxlamaqla döyüşləri böyük ruh yüksəkliyi və mətinliklə davam etdirir. Qələbə bizimlədir!", - o, əlavə edib.

S.Xankişiyeva

 

 

Paylaş:
425

Son xəbərlər

Bütün xəbərlər