Hikmət Hacıyev erməni deputatın Azərbaycana qarşı terror törətməyə dair çağırışlarını qınayıb | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev erməni deputatın Azərbaycana qarşı terror törətməyə dair çağırışlarını qınayıb

22:26 - 09 / 11 / 2020
Hikmət Hacıyev erməni deputatın Azərbaycana qarşı terror törətməyə dair çağırışlarını qınayıb

“Ermənistan Milli Məclisinin "Çiçəklənən Ermənistan" fraksiyasından olan deputatı AŞPA-da təmsil olunan Naira Zohrabyan Mingəçevir su anbarını vuraraq Azərbaycana qarşı terror törətməyə dair çağırışlar edir.

Belə düşüncəyə sahib siyasətçi AŞPA mandatından məhrum edilməlidir. Biz bunu qınayırıq”.

1news.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Twitter səhifəsində paylaşıb.

S.Xankişiyeva

Paylaş:
573

Son xəbərlər

Bütün xəbərlər