Tramp Pentaqon rəhbərini vəzifəsindən azad edib | 1news.az | Xəbərlər
Dünya

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad edib

23:01 - 09 / 11 / 2020
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad edib

ABŞ Prezidenti Donald Tramp Müdafiə Naziri Mark Esperi vəzifəsindən azad edib.

"Milli Terrorla Mübarizə Mərkəzinin direktoru (Senat tərəfindən yekdilliklə təsdiqlənən) Kristofer Millerin bundan sonra Müdafiə Naziri vəzifəsini icra edəcəyini elan etməkdən məmnunluq duyuram. Kris çox yaxşı iş görəcək! Mark Esper kənarlaşdırıldı. Xidmətinə görə ona təşəkkür etmək istəyirəm” – deyə Tramp tvitter-də yazıb.  

Qeyd edək ki, son aylarda mətbuatda Esperin istefa verməsi barədə xəbərlər yayılmışdı.

Mənbə: RİA Novosti

Paylaş:
567

Son xəbərlər

Bütün xəbərlər