“Qarabağ müharibəsinə son qoymaq üçün bir bəyanat imzaladım” - Nikol Paşinyan | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qarabağ müharibəsinə son qoymaq üçün bir bəyanat imzaladım” - Nikol Paşinyan

02:46 - 10 / 11 / 2020
“Qarabağ müharibəsinə son qoymaq üçün bir bəyanat imzaladım” - Nikol Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan öz “Facebook” hesabında Dağlıq Qarabağda müharibənin dayandırılması ilə bağlı sənədə  imza atdığını bildirib.

1news.az Nikol Paşinyanın statusunun mətnini təqdim edir:

“Əziz həmvətənlər, bacılar və qardaşlar. Şəxsən özüm və hamımız üçün çox çətin bir qərar verdim.

Saat 01:00-dan etibarən Rusiya və Azərbaycan Prezidentləri ilə Qarabağ müharibəsinə son qoymaq üçün bir bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni mənim üçün və xalqımız üçün inanılmaz dərəcədə ağrılıdır”, - deyə Paşinyan qeyd edib.

Qafar Ağayev

Paylaş:
658

Son xəbərlər

Bütün xəbərlər