Kreml: Qarabağın statusu ilə bağlı BMT TŞ-nın qətnamələrindən çıxış etmək lazımdır | 1news.az | Xəbərlər
Siyasət

Kreml: Qarabağın statusu ilə bağlı BMT TŞ-nın qətnamələrindən çıxış etmək lazımdır

14:52 - 10 / 11 / 2020
Kreml: Qarabağın statusu ilə bağlı BMT TŞ-nın qətnamələrindən çıxış etmək lazımdır

“Qarabağla bağlı bəyanatda bu regionun statusu qeyd olunmur. Burada beynəlxalq aktlardan və BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrindən çıxış etmək lazımdır”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bəli, bu sənəddə Qarabağın statusu ilə bağlı danışılmır. Hazırda biz beynəlxalq hüququn bütün əsas aktlarından, ilk növbədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrindən və digər sənədlərdən çıxış etməyə davam edirik”, - deyə Kremlin sözçüsü vurğulayıb.

1news.az

Paylaş:
675

Son xəbərlər

Bütün xəbərlər