Məzahir Əfəndiyev: Davamlı qələbələrə doğru | 1news.az | Xəbərlər
Siyasət

Məzahir Əfəndiyev: Davamlı qələbələrə doğru

18:20 - 10 / 11 / 2020
Məzahir Əfəndiyev: Davamlı qələbələrə doğru

Noyabr ayının 10-u bütün Azərbaycan xalqı üçün yeni zəfər dolu Qələbə Bayramı ilə başladı. Bu Azərbaycanın dövlətçilik tarixində yaşadığı və bütün dünyaya nümayiş etdirdiyi müzəffər Azərbaycan Ordusunun gücünü və qürurunu bir daha sübut etdi.

30 ildir həsrətində olduğumuz Qarabağın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz sentyabr ayının 27-dən başlayan əks-hücum əməliyyatları ilə 42 günlük Vətən Müharibəsindən sonra Şuşanın işğaldan azad olunması ilə bitdi. Belə ki, müzəffər Azərbaycan Ordusu erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etdi.

Ermənistanın Rusiya Federasiyasına rəsmən müraciət etməsi Rusiyanın bilavasitə iştirakı ilə Azərbaycan-Ermənistan arasında doqquz bəndi özündə əks etdirən bəyanatın imzalanması ilə nəticələndi.

Bu bəyanat qan tökülməsinin qarşısının alınmasına, insanların yaşamaq hüququnun təmin olunmasına, eləcə də Qarabağda Azərbaycanın suverenliyinin təmin olunması –  Azərbaycanın çətinliklə əldə olunan davamlı qələbəsidir.

Xüsusilə, 30 illik işğal altında olan Qarabağın hər bir rayonunun noyabr ayının sonunadək Ermənistan Respublikasının silahlı qüvvələrindən tamamilə təmizlənməsi Qarabağ ərazisində yaşayan və yaşayacaq Azərbaycan vətəndaşlarının burada Azərbaycan sərhədləri və qanunları çərçivəsində yaşamağa başlamalarını təmin etməklə, qısa müddət ərzində Azərbaycan Respublikasının Konstitusiyasının, qanunlarının, Ali Baş Komandanın əmrlərinin, həmçinin Azərbaycanın ərazi vahidi olaraq bütün hüquq və normalarına uyğun idarəçiliyin təkmilləşməsinə imkan verəcəkdir.

Bəyanat, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumlarının iştirakı ilə sülhün, əmin-amanlığın qorunmasına yönəlik sülhməramlı mərkəzlərin təşkil olunmasına, hərbi əsrlərin, girovların, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsinə şərait yaradacaqdır.

Bu bəyanat beynəlxalq hüquq və prinsiplərə, ədalətli, uzunmüddətli son sülh müqaviləsinin imzalanmasına təkan verəcəkdir. Bu, doğrudan da Azərbaycan xalqının, bütün Azərbaycanlıların həyatlarında yaşadıqları ən sevincli, ən qürurlu andır.

Bu gün Azərbaycan xalqının dəmir yumruq kimi bir olmasının nəticəsidir ki, Azərbaycanın Ali Baş Komandanı həmin dəmir yumruğu hədəfli olaraq düşmənin başına zərbə kimi endirdi. Qürurlu və güclü xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşərək Yenilməz Azərbaycan Sərkərdəsi ilə birgə yeni, şanlı tariximizin yazılmasını davamlı edərək, daha böyük Azərbaycan uğrunda mübarizliyini əzmlə davam etdirəcəkdir.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikasının

Milli Məclisinin deputatı

 

Paylaş:
811

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər