Ədliyyə naziri Avropa Şurasının konfransında Ermənistanın ölkəmizə qarşı müharibə cinayətlərini ifşa edib | 1news.az | Xəbərlər
Siyasət

Ədliyyə naziri Avropa Şurasının konfransında Ermənistanın ölkəmizə qarşı müharibə cinayətlərini ifşa edib

20:46 - 10 / 11 / 2020
Ədliyyə naziri Avropa Şurasının konfransında Ermənistanın ölkəmizə qarşı müharibə cinayətlərini ifşa edib

Noyabrın 9-da Yunanıstanın Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrliyi çərçivəsində üzv dövlətlərin ədliyyə nazirlərinin "Ədliyyənin müstəqilliyi və qanunun aliliyi" mövzusunda videoformatda konfransı keçirilib.

Ədliyyə Nazirliyindən 1news.az-a bildirilib ki, tədbirin açılışında AŞ-nın Baş katibi, Avropa İttifaqının ədliyyə komissarı, AŞ Parlament Assambleyası, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Venesiya Komissiyası, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) və Avropa Hakimlərinin Məşvərət Şurasının (CCJE) rəhbərləri tərəfindən çıxış edilərək COVID-19 qlobal pandemiyasının qanunun aliliyinə və ədalət mühakiməsinə təsirindən danışılıb.

Konfransın birinci sessiyasında ilk məruzə ilə çıxış edən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə pandemiyanın qarşısının alınması üzrə görülən qəti tədbirləri vurğulayıb.

Bildirib ki, pandemiya İKT-lərin geniş tətbiqini və fəaliyyətin onlayn rejimə keçməsini stimullaşdırıb. Bu baxımdan "Elektron məhkəmə" informasiya sisteminin və onun mobil proqram təminatının tətbiqi karantin dövründə məhkəmələrə onlayn qaydada müraciət etmək, məhkəmə proseslərinin videoformatda keçirilməsi imkanlarını xeyli asanlaşdırıb, bu sahədə qanunvericilik təkmilləşdirilib.

Nazir koronavirus infeksiyasına yoluxma riski yüksək olan penitensiar sistemdə görülən tədbirlərə toxunaraq pandemiya dövründə respublika Prezidenti tərəfindən humanist siyasətinin təzahürü olaraq yaşı 65-dən yuxarı məhkumların əksəriyyətinin əfv olunduğunu, həbsə alternativ qətimkan tədbirlərinin və azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinin genişləndiyini, cəza siyasətinin humanistləşdirilərək yüzlərlə məhkumun müxtəlif cəzalardan azad edildiyini diqqətə çatdırıb.

Bununla yanaşı, sərhədlərin bağlı olduğu pandemiya şəraitində hüquqi sahədə, o cümlədən ekstradisiya üzrə səmərəli əməkdaşlığı qeyd edərək, bu işdə qardaş Türkiyənin ədliyyə nazirinə təşəkkürünü ifadə edib.

Çıxışın əsas hissəsi Ermənistanın-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunaraq bildirilib ki, Ermənistan 30 ildir BMT Təhlükəsizlik Şurasının və tədbirdə sədrinin iştirak etdiyi AŞPA-nın qətnamələrinə məhəl qoymayaraq işğalda saxladığı torpaqlarımızı azad etməyib, danışıqlar prosesini qəsdən tamamilə pozaraq işğalçılığa hesablanan şüarlarla çıxışlar etməklə hərbi təxribatlara keçib.

Buna cavab olaraq Azərbaycanın BMT Nizamnaməsinə uyğun özünümüdafiə hüququna əsaslanmaqla işğalçını sülhə məcbur etmək məqsədilə heç bir kənar dəstək olmadan əks-hücum əməliyyatları həyata keçirdiyi bildirilib.

Avropa ədliyyə nazirlərinin və AŞ rəhbərliyinin diqqətinə çatdırılıb ki, Ermənistan beynəlxalq humanitar hüquq normalarını kobud surətdə pozaraq dinc əhalini məqsədyönlü şəkildə atəşə tutub və bu zaman qadağan olunmuş kassetli və fosforlu bombalardan, ballistik raketlərdən istifadə edib. Nəticədə uşaqlar və qadınlar daxil olmaqla 100-ə yaxın mülki vətəndaşların həlak olduğu, 400-dən çox insanın yaralandığı bildirilib.

Bütün bunlar insanlıq əleyhinə və müharibə cinayətləridir və bununla bağlı Ermənistan tərəfi beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunaraq cavab verməli və beynəlxalq qurumlar bu məsələdə ədalət naminə prinsipiallıq göstərməlidirlər.

Ədliyyə naziri onu da əlavə edib ki, döyüş meydanında tamamilə məğlub olmasına baxmayaraq Ermənistan öz vətəndaşlarını bilə-bilə, nahaqdan ölümə göndərir.

Ali Baş Komandanın rəhbərliyi ilə qələbə çalan Azərbaycan isə mənasız yerə qan tökülməsin deyə ümidvardır ki, Ermənistan reallıqla barışaraq işğal etdikləri qalan ərazilərimizi siyasi yolla ölkəmizə geri qaytaracaqdır.

S.Xankişiyeva

 

Paylaş:
584

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər