Türkiyə və Rusiya prezidentlərinin telefon danışığı olub | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə və Rusiya prezidentlərinin telefon danışığı olub

21:48 - 10 / 11 / 2020
Türkiyə və Rusiya prezidentlərinin telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, telefon danışığında Türkiyənin dövlət başçısı Dağlıq Qarabağ məsələsi ilə bağlı uzunmüddətli sülh yolunda düzgün addım atıldığını ifadə edib.

Prezident Rəcəb Tayyib Ərdoğan hazırkı məqamda ən önəmli məsələnin Ermənistanın atəşkəsə və ortaq bəyanatdakı öhdəliklərə əməl etməsi olduğunu vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
554

Son xəbərlər

Bütün xəbərlər