Rusiya sülhməramlıları Dağlıq Qarabağa yola düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiya sülhməramlıları Dağlıq Qarabağa yola düşüb

11:27 - 10 / 11 / 2020
Rusiya sülhməramlıları Dağlıq Qarabağa yola düşüb

Rusiyanın Ulyanovsk şəhərindən Dağlıq Qarabağa rusiyalı sülhməramlıları gətirən 4 İl-76 təyyarəsi yola düşüb.

1news.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, daha sonra daha 5 təyyarə yola düşəcək:

"Təyyarələrin göyərtəsində sülhməramlı birliyin şəxsi heyəti, avtomobil texnikası, zirehli transportyorlar və digər vasitələr olacaq".

Ümumilikdə sülhməramlı kontingentdə 1 960 hərbi qulluqçu, 90 ZTR, 380 avtomobil və xüsusi texnika yer alacaq.

1news.az

Paylaş:
595

Son xəbərlər

Bütün xəbərlər