Yerevanda etirazçılar Soros Fondunun ofisini talan etdi - VİDEO
Ermənistanın paytaxtı Yerevanda etirazçılar Açıq Cəmiyyət Fondunun (Soros Fondu) ofisini talan ediblər.
1news.az-ın məlumatına görə, bu barədə "İnterfaks" xəbər verib. Məlumata görə, ofisin qapılarını qıraraq içəri daxil olan etirazçılar oradakı bütün əşyaları sındırıblar.
Qeyd edək ki, bu xəbəri öz teleqram kanalında rusiyalı hərbi ekspert, "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko da şərh edib. "Niyə talan ediblər - Paşinyanı axtarırdılar? Yoxsa müharibədəki qeyri-effektiv dəstəyə görə?", - deyə o yazıb.
1news.az
695