Vilayət Eyvazov komendantlarla bağlı əmr imzaladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Vilayət Eyvazov komendantlarla bağlı əmr imzaladı

14:33 - 12 / 11 / 2020
Vilayət Eyvazov komendantlarla bağlı əmr imzaladı

«Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında» Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı rəhbər tutularaq Daxili İşlər naziri,  general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərlə işğaldan azad olunmuş rayonların polis şöbələrinin rəisləri həmin rayonların müvəqqəti komendantları təyin olunmuşlar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə,Qeyd olunan Fərmandan irəli gələn digər vəzifələrin də icrası davam etdirilir.

Qafar Ağayev

 

Paylaş:
580

Son xəbərlər

Bütün xəbərlər