Bakıda “Pit stop”un sökülməsinə ilə bağlı açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Pit stop”un sökülməsinə ilə bağlı açıqlama

20:32 - 15 / 11 / 2020
Bakıda “Pit stop”un sökülməsinə ilə bağlı açıqlama

““Pit stop” indi sökülür, amma bunun gələn il keçiriləcək "Formula 1" yarışına təsiri olmayacaq”. 

1news.az xəbər verir ki, bunu "Qafqazinfo"ya açıqlamasına Bakı Şəhər Halqasının İctimaiyyətlə Əlaqələr Departamentinin meneceri Gülnaz Quliyeva deyib.

O bildirib ki, ilkin təqvimə görə, "Formula 1" Azərbaycan Qran-prisi gələn ilin iyun ayının 6-na planlaşdırılıb:

"Çox güman ki, fevral ayında “Pit stop” binası yenidən quraşdırılacaq. Mənə verilən məlumata görə, bunun sökülməsi dövlət qurumlarının ehtiyacı səbəbindən verilən tapşırıqdır".

Qeyd edək ki, söküntü yekunlaşdıqdan sonra Vətən müharibəsi zamanı zəfər çalmış müzəffər Azərbaycan Ordusunun paradı keçirilməsi gözlənilir.

1news.az

Paylaş:
615

Son xəbərlər

Göyçayda yanğın olub

25 / 03 / 2026, 16:50

Xəzərdə zəlzələ olub

25 / 03 / 2026, 14:19
Bütün xəbərlər