Cəbrayılda komendant postunda saxlanılan Qubadlı sakininin avtomobilində hərbi sursat aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəbrayılda komendant postunda saxlanılan Qubadlı sakininin avtomobilində hərbi sursat aşkarlandı

12:47 - 18 / 11 / 2020
Cəbrayılda komendant postunda saxlanılan Qubadlı sakininin avtomobilində hərbi sursat aşkarlandı

Noyabrın 15-də saat 17 radələrində Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən rayonun girişində quraşdırılmış komendant postunda Qubadlı rayon sakini R.Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, baxış zamanı avtomobildən içərisində 10 ədəd qumbara alışdırıcısı olan dəmir qutu aşkar edilərək götürülüb.

R.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanb.

Qafar Ağayev

Paylaş:
515

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər