Hikmət Hacıyev: Hərbi müalicə mərkəzlərində koronavirusa yoluxmanın qarşısının alınması üçün ciddi tədbirlər görülür

Hərbi müalicə mərkəzlərində koronavirusa yoluxmanın qarşısının alınması üçün ciddi tədbirlər görülür.
1news.az xəbər verir ki, bunu bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.
H.Hacıyev bildirib ki, şəxsi heyətdə yoluxma halları özünü xüsusi biruzə verməyib. O qeyd edib ki, hərbi çağırışçılar da xüsusi testdən keçirilir ki, virus hərbi hissələrdə yayılmasın: “Vətən müharibəsində qalib olduğumuz kimi koronavirusla mübarizədən də qalib çıxmalıyıq”.
Qafar Ağayev
405