Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi Şuşa və Xankəndi şəhərlərinə humanitar yardım göndərib | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi Şuşa və Xankəndi şəhərlərinə humanitar yardım göndərib

20:28 - 22 / 11 / 2020
Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi Şuşa və Xankəndi şəhərlərinə humanitar yardım göndərib

Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Respublikasının Şuşa və Xankəndi şəhərlərinə göndərdiyi humanitar yardımın "Samur" sərhəd-keçid məntəqəsində qarşılanaraq müşayiəti təşkil olunub.

1news.az-ın verdiyi xəbərə görə, noyabrın 22-də Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərilmiş 27 yük avtomobilindən ibarət humanitar yardım karvanı "Samur" sərhəd-keçid məntəqəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qarşılanaraq yolboyu müşayiəti təşkil olunub.

Tikinti materiallarından ibarət humanitar yardımın yarısının Şuşa şəhərinə, digər yarısının isə Xankəndi şəhərinə çatdırılması nəzərdə tutulur.

S.Xankişiyeva

 

Paylaş:
1097

Son xəbərlər

Bütün xəbərlər