Bakıda 10 küçə və prospektdə avtobus zolağı yaradılacaq - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 10 küçə və prospektdə avtobus zolağı yaradılacaq - FOTO

12:25 - 01 / 12 / 2020
Bakıda 10 küçə və prospektdə avtobus zolağı yaradılacaq - FOTO

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxt ərazisində 10 küçə və prospektdə avtobuslar üçün xüsusi hərəkət zolağının yaradılması ilə bağlı Nazirlər Kabineti yanında Yol hərəkətinin təhlükəsizliyi Komissiyasına təkliflər verilib.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

O bildirib ki, həmin təklifə Nazirlər Kabinetində baxılıb, bunun əsasında həmin küçə və prospektlərdə xüsusi zolaqların yaradılmasına icazə verilib: "İcazə əsasında paytaxtın Qara Qarayev, Gəncə və Atatürk prospektləri, Mikayıl Hüseynov, Şərifzadə, Rəşid Behbudov, Əhməd Rəcəbli, Müzəffər Həsənov küçələrində xüsusi avtobus zolaqlarının təşkil edilməsi planlaşdırılır".

M.Ağayev bildirib ki, artıq Mikayıl Hüseynov küçəsində xüsusi zolaq yaradılıb və aidiyyəti yol nişanları quraşdırılıb.

1news.az

Paylaş:
1280

Son xəbərlər

Bütün xəbərlər