Bakıda parada görə bağlı yolların SİYAHISI açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda parada görə bağlı yolların SİYAHISI açıqlandı

13:57 - 08 / 12 / 2020
Bakıda parada görə bağlı yolların SİYAHISI açıqlandı

Paytaxt Bakıda keçiriləcək Zəfər paradı ilə bağlı hazırlıq işləri davam edir. Azadlıq meydanında keçiriləcək hərbi paradla əlaqəli texnikaların hərəkətində təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlimata görə, hazırda Rəşid Behbudov - Neftçilər prospektinin kəsişməsindən hərəkət Rəşid Behbudovdan keçməklə Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Cavanşir körpüsü və Afiyəddin Cəlilov küçələri ilə iki istiqamətli müəyyənləşdirilib.

Bu ərazilərdə sıxlığın, süni tıxacın yaranmaması üçün sürücülərdən xahiş olunur ki, hərbi parad bitənədək Azneft dairəsi və Neftçilər prospekti və Azadlıq meydanı istiqamətində şəxsi avtomobillərdən mümkün qədər istifadə edilməsin. Eləcə də Azadlıq meydanı, Dəniz vağzalı istiqamətdə kəsişən bütün küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılır.

Mərkəzdən Nobel prospekti istiqamətində hərəkət etmək istəyənlər yalnız 10-cu zavod dairəsi və Babək prospektindən keçməklə hərəkət etməlidirlər.

Həmçinin 20-ci sahə dairəsindən, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsi Üzgüçülük hovuzunun yanından və Səbail rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binasının yanından istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub. Afiyəddin Cəlilov küçəsi və Yusif Səfərov küçəsindən hərəkət yalnız sağa müəyyənləşdirilib.

Yeni bulvar ərazisində də şəxsi avtomobillərlə hərəkət mümkün olmayacaq. Çünki həmin istiqamətdəki bütün yollara hərbi texnikalar yerləşdirilib.

1news.az

Paylaş:
481

Son xəbərlər

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQBu gün, 16:22Aytən Səfərova düşdüyü qəzadan danışdı: “O kadrları istərdim, siz də görəsiniz, amma...” - VİDEOBu gün, 16:14Sabahdan etibarən “Təmiz hava” aylığına start verilirBu gün, 16:00Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilibBu gün, 15:58KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaqBu gün, 15:55Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 15:38Ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsindən azad olunubBu gün, 15:30Şeyxülislam Allahşükür Paşazadə “KAICIID 2024” Qlobal Forumunda iştirak edəcəkBu gün, 15:26BMT Azərbaycan və PAŞA Holding “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində tədbir keçirib - FOTOBu gün, 15:13Bu gün Xalq artisti Bəhram Mansurovun anım günüdürBu gün, 15:09Sevinc Fətəliyeva: Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıbBu gün, 15:03QDF “PAŞA Holding” və BMT-nin “COP 29-a gedən yol” tədbirində “Yaşıl guşə” ilə iştirak edib - FOTOBu gün, 14:51Göyçayda çaya tökülən tullantıların toplanması ilə bağlı hansı işlər görülür? - Rəsmi cavabBu gün, 14:45Balakəndə qanunsuz tikili sökülüb - VİDEOBu gün, 14:35İlham Əliyev: Azərbaycan Çinin ərazi bütövlüyünü və “Vahid Çin” siyasətini daim dəstəkləyibBu gün, 14:11İcma ATƏT-i Ermənistandan qovulmuş azəraycanlıların öz evlərinə qayıdışına dəstək verməyə çağırıbBu gün, 14:04Prezident İlham Əliyev Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edib - YENİLƏNİBBu gün, 13:56Bakıda həbsdə olan Qukasyan haqda yeni qərarBu gün, 13:47Köç karvanı Şuşaya çatıb - YENİLƏNİBBu gün, 13:42Nazir: Azərbaycanla Ermənistan arasında baş verən müsbət irəliləyişləri tarixi nəticə adlandıra bilərikBu gün, 13:33
Bütün xəbərlər