19 yaşında şəhid olan Alik İsayev döyüşlərdə böyük şücaət göstərib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

19 yaşında şəhid olan Alik İsayev döyüşlərdə böyük şücaət göstərib - VİDEO

17:00 - 09 / 12 / 2020
19 yaşında şəhid olan Alik İsayev döyüşlərdə böyük şücaət göstərib - VİDEO

Sadəcə demirdi, can atırdı ön cəbhəyə Alik... Heç zaman görmədiyi, amma ruhunu, rayihəsini, çağırışını, fəryadını hiss etdiyi Qarabağa aparırdı onu bütün yollar. Arzuları o qədər çox idi kı...

1news.az xezerxeber.az-a istinadən bildirir ki, amma ən ümdəsi vətəninə faydalı olmaq, işğal altında inləyən yurdun yaralarına öz əlləri ılə məlhəm qoymaq istəyirdi bizim cəsur Alik! Bacardı da! Möhkəm iradəsinə, dəmir intizamına və bədən quruluşuna görə xüsusi təyinatlı qüvvələrin tərkibinə cəlb edildi. Həm də kəşfiyyatçı kimi...

Vətən yolunda şəhid oldu Alik. İndi ailə səbirsizliklə onun döyüş yoldaşlarını və Alikin yer aldığı videogörüntüləri gözləyirlər. 40 qorxmaz azərbaycanlı balasının arasında Alikin hər an tuş gələ biləcəyi ölümü göz altına alaraq, savaşa necə atıldığını, döyüş öncəsi duyğularını, təbəssümünü, arzularını doya-doya seyr etmək üçün. Ən qaynar nöqtələrdən səsi gəlib qəhrəmanımızın. Füzuli, Cəbrayıl, Zəngilan, Hadrutun ışğaldan azad edilməsində həmişə öndə olub. Azərbaycanın göz bəbəyi olan Şuşa uğrunda gedən döyüşlərdə də gizirlərlə birlikdə irəli atılıb. Namərd bir düşmən gülləsi bizim mərd Alikin fiziki ömrünə son qoysa da, xəyallarını yaşadıb. Artıq Qarabağ düşməndən təmizlənib. Şəhadət zirvəsinə yüksələn dağlar oğlunun ruhu şaddır.

Alik uşaqlıqdan qəhrəman olmaq istəyirdi. Oldu da...Vətənini qorumaq, ona sahib çıxmaq istəyirdi. Bacardi bunu! Dağın zirvəsinə çıxaraq, "Qarabağ, Qarabağ" deyə hayqırarkən, o cənnət güşamizə qovuşmaq istəyirdi. Yetişdi arzusuna! Cəmi 19 yaşında elə qürurverici həyat yaşadı kı, yalnız ailəsinin deyil, böyük nəslin, qocaman el-obanın, rayonun fəxarəti oldu. Nə qədər deyil, necə yaşamağın önəmlidir. "Şəhidlər ölməz, Vətən bölünməz" məsəlinə canlı şahid və şəhid olan Alik İsayev kimi!

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

1news.az

Paylaş:
1732

Son xəbərlər

FHN “Ağ çiçəyim”də baş verən yanğınla bağlı məlumat yaydı: Məhdudlaşdırılıb - VİDEOBu gün, 01:06Azadlıq prospektindəki yanğınla bağlı daha bir küçədə hərəkət məhdudlaşdırılıb - YENİLƏNİBBu gün, 00:22Əfv Məsələləri komissiyasının iclasında 100-dən çox müraciətə baxıldı15 / 05 / 2024, 17:54“Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətirib15 / 05 / 2024, 17:48Azərbaycan və Belarus antiinhisar orqanları təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 17:34Avropa Parlamentinin deputatı Şuşada olub15 / 05 / 2024, 17:29Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edib15 / 05 / 2024, 17:19Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadılıb15 / 05 / 2024, 17:01Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaq15 / 05 / 2024, 16:42Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilib15 / 05 / 2024, 16:18Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır15 / 05 / 2024, 16:17Baş direktor “IDEB 2024” sərgisində iştirak edir15 / 05 / 2024, 15:44Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşüb15 / 05 / 2024, 15:35Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıb15 / 05 / 2024, 15:32AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib15 / 05 / 2024, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!15 / 05 / 2024, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilir15 / 05 / 2024, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib15 / 05 / 2024, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər15 / 05 / 2024, 13:22
Bütün xəbərlər