Kəlbəcərə komendant təyin edilib, polis postları qurulub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəlbəcərə komendant təyin edilib, polis postları qurulub - FOTO

10:40 - 09 / 12 / 2020
Kəlbəcərə komendant təyin edilib, polis postları qurulub - FOTO

Noyabr ayının 25-də işğaldan azad edilən Kəlbəcər rayonunda Ali Baş Komandanın fərmanına uyğun olaraq komendant rejimi elan edilib və Daxili İşlər Nazirinin əmrilə Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Haxverdi Əkbərov rayonun komendantı təyin olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 1news.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları rayonun giriş-çıxışlarında, o cümlədən rayon daxilində polis postları quraraq komendant rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edirlər.

1news.az

Paylaş:
783

Son xəbərlər

Bütün xəbərlər