Azərbaycanda daha 4381 nəfər koronavirusa yoluxdu, 47 nəfər öldü - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha 4381 nəfər koronavirusa yoluxdu, 47 nəfər öldü - STATİSTİKA

17:41 - 11 / 12 / 2020
Azərbaycanda daha 4381 nəfər koronavirusa yoluxdu, 47 nəfər öldü - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4381 yeni yoluxma faktı qeydə alınıb, 3658 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 47 vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 167155 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 103550 nəfər müalicə olunaraq sağalıb, 1840 nəfər vəfat edib, aktiv xəstə sayı 61765 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16282, ötən müddət ərzində isə ümumilikdə 1918866 test aparılıb.

Qafar Ağayev

Paylaş:
574

Son xəbərlər

Bütün xəbərlər